Orkhan Zeynalli ft. AISEL — Səma (Rəsmi Musiqi Videosu)

Orkhan Zeynalli-nın AISEL ilə birgə ifa etdiyi “Səma” treki artıq onlayndır.
Orkhan Zeynalli-ya Youtube-da abunə ol: https://mikpro.az/ozeynalliyt

“Səma”-nı rəqəmsal platformalarda dinlə: https://bfan.link/sema-

Musiqi: Aisel, Clavis
Söz: Orxan Zeynallı
Aranjiman: Clavis
Rejissor: Bəhruz Qurbanlı
Ssenari: Səbinə Rüstəmli
Rollarda: Həcər Baxşəlizadə
Nicat İsgəndər
Cover: Elszad
Miks və masterinq: Şamxal Novruzlu

Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozeynallifb
Instagram: https://mikpro.az/ozeynalliig
Genius: https://mikpro.az/ozeynallign

Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozeynallidinle

Sözlər:

[Bənd 1]
Sən bir ömürlük dərssən
Sən ayrılıq qədərsən
Əlini ver, tələsmə
Bir az ayrılaq, gedərsən
Gözə görünməz fəza
Sən beş vaxt qəza
Məni mürəkkəb edib yazan
Bu geştalt əzabdır

Dünən yox idin, indi varmısan?
Yerdə qarmısan?
Bulud, briz, Romeo
Sətirlərində gizli intiharmısan?
İndi haradasa
Axtar özünü, bu qədər sən
Başlıqlı cümlələrin içində
Arzu çindir, sənsə həmin o sədd, divarmısan?
Və hər məqamı
Çətin edən sualmısan?
Gecələr şeytan toxunuşu
Səhərlər duammısan
Ki bitməsin bu sehr?
Guya kim bir ömür sevir?
Gəl başlayaq sıfırdan
Qalaq əbədi ürəyimin
Hasarına asılan qıfıldan

[Nəqərat]
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada

Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada

[Bənd 2]
Duyğularını borc verib çiçək kimi solan
Mənfilərimi xaç edib ürək kimi asan
Bu qədər qəm, bu qədər kədər
Musiqidə kimə asan?
Sən həzin üzüntü verdin
Oldum xəstəlik, azar
Sən əlacsan
Saçlarımda tacsan
Buludlar ağlar, əgər ki göyə
Baxıb əl açsan
Qulağımda səs
Sən bir ömürlük bəssən
Danışdıqca batıram
Əlimi tut və sözümü kəs sən

[Keçid]
Dərin izlər
Yenə dizdən
Dənizlər, okeanlar
İstəmir, biz üzək

Dərin hisslər
Yenə bizdə
Dənizlər, okeanlar
İstəmir, biz üzək

[Nəqərat]
Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada

Mən səmada
Sən dəryada
Qəlbimin qapılarını
Açmadım hər yada


Orkhan Zeynalli tərəfindən AISEL-in iştirakı ilə ifa olunan “Səma” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro” MMC tərəfindən qorunur. © 2024

Etiketlər:

#OrkhanZeynalli #Səma #mikpro

Comments (0)

You Must Be Logged In To Comment

This website is using YouTube API to find music videos. By using this functionality you agree with the YouTube Terms of Service and Google Privacy Policy